Ehtiyatsızlıqdan özünü güllələdi

Noyabrın 19-da Şəmkir rayonunun Bayramlı kəndində yaşayan Ələddin Cəfərov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31