Saatlı rayonunun Dədə Qorqud kəndində qanunsuz ov etmiş İmişli rayon sakini Vüsal Hümbətov və Etiram Əhmədzadə Saatlı RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən saxlanılıblar. DİN-dən verilən məlumata görə, V.Hümbətovdan "TOZ-63" markalı ov tüfəngi və 24 ədəd patron, E.Əhmədzadədən isə "İJ-18" markalı ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31