Balakən şəhərində bıçalqaça hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, noyabrın 19-da Balakən şəhərində şəhər sakini Elçin İsgəndərov münaqişə zəminində Gərəkli kənd sakini İlqar Hudulovun sinə və boyun nahiyələrinə bıçaqla xəsarət yetirib. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.İsgəndərov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31