Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 10-cu mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 24 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın gecə saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31