Açıq qalmış qapıdan girib qadını zorlamaq istədi - Bakıda
19 Noyabr 2015 14:36 KriminalBakıda qadını zorlamaq istəyən şəxs tutuılub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 18-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan vətəndaş S.S-nın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu zorlamağa cəhd göstərib. Hadisəni törətmiş Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev həmin ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşları tərəfindən tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31