DİN-dən verilən məlumata görə, noyabrın 18-də saat 01 radələrində Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan İbrahim Qasımovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış İ.Qasımovun qızı Təranəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31