Qoyun oğurları ələ keçib

Masallı rayonunda oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Qızbəs Balayevaya məxsus 6 baş qoyunu oğurlamış rayon sakini Mirbaba Cəfərov, noyabrın 15-də Hüsniyyə Ağayevaya və Tehran Şahbazovaya məxsus 65 baş qoyunu oğurlamış Bakı şəhər sakini Anar Əliyev tutulub. Həmçinin  Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də Akif Ələkbərova məxsus 3 baş qoyunu oğurlamış Gəncə şəhər sakinləri Asiman Məmmədov, Kamran Hüseynov və Elşad Əliyev tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31