Avtomobilin vurduğu 2 nəfər hadisə yerində ölüb
19 Noyabr 2015 14:24 KriminalNoyabrın 18-də gecə saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Namiq Nəcəfov idarə etdiyi "Toyota Land Gruiser" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nurəli Nuriyevi və Teyfur Əsgərovu vurub. DİN-dən verilən məlumata görə, nəticədə piyadalar hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31