Bakıda avtomobil iki nəfəri vuraraq öldürüb
19 Noyabr 2015 12:38 KriminalBakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi "Toyota Land Gruiser" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Hər iki piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31