Şəkidə 3 otaqlı ev əşyaları ilə birgə yanıb

Şəki şəhərində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağına yığılmış geyim əşyaları və sobanın ətrafında lambirdən ibarət divar üzlüyü 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31