Abşeronda intihara cəhdin qarşısı alınıb
18 Noyabr 2015 16:53 KriminalAbşeronda intihara cəhdin qarşısı alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31