Dələduzluqla məşğul olan şəxs saxlanıb
18 Noyabr 2015 15:09 KriminalAzərbaycanda dələduzluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, 2014-cü il fevralın 19-da dələduzluq etdiyinə görə tutulmuş Raqif İbişovun ətrafında Zaqatala RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü ildə daha 5 nəfər rayon sakininin etimadını qazanaraq onlardan ümumilikdə 25500 manat pul alması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31