Gəncə sakinindən 8 kq marixuana götürülüb

Gəncə şəhər sakinində xeyli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Elman Mirzəyevdən 8 kiloqram 70 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31