Bakı polisi “generalı” axtarışa verdi
18 Noyabr 2015 12:29 KriminalBakıda "general" ləqəbli dələduz axtarışa verilib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib. Polisdən həmçinin bildirilib ki, M.Nadirov Bakıda "general" ləqəbi ilə tanınır. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31