Gecə liftdə qalan 5 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, gecə saatlarında Bakı şəhəri, Nizami rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:20-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31