Abşeron rayonu, Xırdalan şəhərində sahibi məlum olmayan dəmir sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 35 kv.m olan dəmir sexinin içərisində taxta və kağız tullantıları 2 kv.m sahədə yanıb. Sexdə olan əşyalar yanğından mühafizə olunub. Yanğın gecə saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31