Sumqayıt DYP-də ciddi nöqsanlar: rəis işdən çıxarılıb
10 Oktyabr 2012 18:20 KriminalSumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyi ağır cəzalandırılıb. Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində şöbənin fəaliyyətində xeyli nöqsanlar aşkar edilib. Bundan sonra isə Sumqayıt şəhər DYP-nin rəisi Azad Camalov və daha bir neçə polis zabiti işdən çıxarılıb. A.Camalov və digərləri sərəncama göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbəri Lent.az-a təsdiqlədilər. Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsində yoxlamalar aparılıb. Yoxlamanın nəticəsinə əsasən şöbənin rəisi də daxil olmaqla rəhbərlikdə təmsil olunan 4 polis zabiti işdən çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31