Oğurluqla məşğul olan dəstə yaxalanıb
17 Noyabr 2015 14:48 KriminalSiyəzən rayonunda oğurluqla məşğul olan dəstə yaxalanıb. DİN-dən verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Seyfur Həmidova məxsus mağazadan 150 manat, danışıq kartları və tütün məmulatı oğurlamış rayon sakinləri Əmrah Allahverdiyev, Kamran Qafarov, Anar Dəmirli və Bakı şəhər sakini Kamran Bədəlov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31