Fırıldaqçı ifşa olunub

Salyan rayonunda fırıldaqçılıqla məşğul olan şəxs ifşa olunub. DİN-dən verilən məlumata görə, Salyan rayon sakini Yalçın Hüseynov Bakı şəhər sakinləri Zülfüqar Məmmədovun, Səbuhi Əmiralıyevin və Zaman Hacıyevin etimadlarını qazanıb ümumilikdə onlardan 1800 manat pul alıb. Faktla əlaqədar cinayət işi başlanıb. Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Hüseynov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31