Rusiyada adam oğurladı: Azərbaycanda tutuldu
17 Noyabr 2015 13:49 KriminalAzərbaycanda adam oğurluğu ilə məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi (adam oğurluğu) ilə axtarışda olan Rauf Məmmədov tutulub.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31