Ağcabədidə ərzaq mağazası yanıb

Ağcabədi rayonunda vətəndaşa məxsus ərzaq mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 54 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı yanıb. Bitişik diğər mağazalar yanğından mühafizə olunub. Yanğın gecə saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31