Salyanda restoranın qazanxanası yanıb
17 Noyabr 2015 12:05 KriminalSalyan rayonunda vətəndaşa məxsus restoranın qazanxanasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən veriləın məlumata görə, nəticədə ümumi sahəsi 36 kv.m olan restoranın qazanxanasında tavanının atma taxtaları 25 kv.m sahədə yanıb. Qazanxananın qalan hissəsi və ona bitişik ümumi sahəsi 84 kv.m olan restoran yanğından mühafizə olunub. Yanğın saat 03:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31