Bakıda intihar cəhdinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yüksək gərginlikli elektrik xəttinin dəmir dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunublar. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilmiş və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31