Daha bir nazirin işdən çıxarılma xəbərinə reaksiya

Azərbaycanda daha bir nazirin işdən çıxarılma xəbəri yayılıb. Anspress xəbər verir ki, məlumata görə, mətbuatda vergilər naziri Fazil Məmmədov işdən azad edilməsi ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, prezident İlham Əliyev bu barədə sərəncamı G-20 ("böyük iyirmilik") ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb. Yayaılan məlumatlarda qeyd edilir ki, F.Məmmədovun yerinə təyinat da olub. Bu vəzifə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə tapşırılıb.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov verdiyi açıqlamada yayılan xəbərləri təkzib edib: "Yayılan xəbərlər şayiədir. Hal-hazırda nazir kabinetində, iş başındadır. Onun işdən azad olunması ilə bağlı məlumatlar düzgün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31