Avtomobildə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib
16 Noyabr 2015 11:43 KriminalFövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba maqistral avtomobil yolunda, "Howo" və "Shacman" markalı yük avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Sumqayıt Regional Mərkəzinin xilasediciləri "Howo" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31