Samuxda 4 otaqlı ev yanıb
16 Noyabr 2015 11:41 KriminalSamux rayonu, Kolayır kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 2 kv.m və ev əşyaları 4 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31