Azərbaycana gizli yolla heroin keçirən İran vətəndaşları saxlanılıb

Azərbaycana gizli yolla heroin keçirən İran vətəndaşları saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İran vətəndaşları Zahidi Qulamrza və Yəzdani Cəlal idarə etdikləri "Skania" markalı sərnişin avtobusu ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində avtobusa kinoloji it tətbiq etməklə gömrük baxışı keçirilib.

Baxış zamanı yük yerində karton qutunun divarında - künc hissəsində, kartonun arasına xüsusi qaydada yerləşdirilmiş bir ədəd dördkünc formalı polietilen paketin içərisində çəkisi 45 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31