Ucar rayonu, Bərgüşad kəndində vətəndaşa 5 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 5 otaqlı evin tüstü bacasının içində qurum yanıb. Ev yanğından mühafizə olunub. Yanğın gecə saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31