Bakıda ana və qızını maşının altında qaldı: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, noyabrın 11-i saat 07:00 radələrində, Binəqədi qəsəbəsində 1960-cı il təvəllüdlü Vəli Rüstəmov idarə etdiyi "Chery M-Grand" markalı avtomobillə 1979-cu il təvəllüdlü Aynurə Rəhimovanı və qızı 1997-ci il təvəllüdlü Zəhra Nizaməddin qızını vurub. Zəhra hadisə yerində ölüb, A.Rəhimova isə KTM-ya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31