Qadının əl-qolunu bağlayıb evi qarət etdilər

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Kifayət Səfərovanın evinə aldatma yolu ilə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər onu döyüb, əllərini iplə bağlayıb oradan 144 manat və qızıl əşyalar aparıblar. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən qəsəbə sakini Yusif Əsgərli tutulub. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31