“Beta” şirkətinin maşınıdan çay məmulatları oğurlanıb
11 Noyabr 2015 14:54 KriminalBinəqədi rayonu ərazisində Bakı şəhər sakini Xatirə Əsgərovanın idarə etdiyi "Beta" şirkətinə məxsus "Hyundai" markalı avtomobilin yük yerindən çay məmulatları oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Əli Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Hüseynov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 5 nəfərə məxsus avtomobillərdən, 3 mağazadan, həmçinin Lətif Seyidəliyevə məxsus "Topaz" mərc oyunları məntəqəsindən, Aleksandr Mehdiyevə məxsus qarajdan və Mahir İsgəndərova məxsus evdən pul, məişət əşyaları, təmir-tikinti alətləri və ərzaq məhsulları, habelə Elnur Süleymanova məxsus velosipedi oğurlamaları da müəyyən edilib.