Paytaxtda saxta əskinas "ustası" saxlanıb
11 Noyabr 2015 14:07 KriminalBakı sakinindən saxta əskinaslar aşkarlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 39 ədəd saxta 20 manatlıq saxta əskinas Bakı şəhər sakini Vüsal Cəlilovdan götürülüb. V.Cəlilov Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd "HP" markalı rəngli printer aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31