Mənzilə dağılmış civə zərərsizləşdirilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb, çirklənmiş ərazi demerkurizasiya edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31