DƏHŞƏT: kişinin başını kəsib küçəyə atdılar - BAKIDA
25-30 yaşlarında kişinin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib
11 Noyabr 2015 11:17 KriminalBakıda qətl törədilib. Nizami Rayon Polis İdarəsindən APA-ya məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Qara Qarayev 55 ünvanında qeydə alınıb. 25-30 yaşlarında kişi küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, həmçinin, qətlə yetirilən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qətlə yetirilən şəxsin başı kəsilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31