Bakıda zavodda yanğın baş verib
10 Noyabr 2015 16:28 KriminalBakı şəhəri, Sabunçu rayonunda "KLASSİK-KO LTD" MMC-ə məxsus ümumi sahəsi 8000 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən zavodun birmərtəbəli inzibati binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 38 kv.m olan 1 otağın yanar konstruksiyaları, içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan ona bitişik olan otağın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31