Məşhur aktrisa yol qəzasında öldü FOTO
Marina Qolub zəncirvari yol qəzasının qurbanı olub
10 Oktyabr 2012 13:45 KriminalMəşhur rusiyalı aktrisa Marina Qolub avtomobil qəzasında dünyasını dəyişib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qəza ötən gün axşam Moskva şəhərində baş verib. Qəzada "Juqili", "Kia", "Hyundai" və "Cadillac" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində şəxsiyyəti müəyyənləşdirilməmiş daha bir şəxs də dünyasını dəyişib. O, Marina Qolubla birlikdə avtomobildə olub. Onların "Hyundai" markalı avtomobildə olduqları bildirilir.
Xatırladaq ki, Maria Qolub Rusiya Federasiyasının əməkdar artisti idi. O bir sıra verilişlərin aparıcısı idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31