Bakıda evdən külli miqdarda pul və 40 min manatlıq saat oğurlanıb

Hadisənin kim tərəfindən törədilməsi məlum deyil

Bakıda mənzildən külli miqdarda pul və bahalı saat oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, İzmir küçəsi ev 5A, mənzil 32-də baş verib. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Namazov İsa Qəmbər oğlu polisə mürəciət edərək bildirib ki, evdən 10 min manat, 19 min dollar və dəyəri 40 min dollar olan "A.Long-söhne" markalı qol saatı oğurlanıb. Şikayətçi əlavə edib ki, noyabrın 6-dan 7-si günortayadək evdə olmyıb və oğurluq da həmin vaxt ərzində törədilib. Müraciət əsasında araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31