DİN elektrovozla vurulan şəxs barədə açıqlama yayıb
10 Noyabr 2015 14:41 KriminalYevlaxda elektrovozla vurulmuş şəxsin kimliyi açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 16-da Yevlax dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla bir nəfər kişi vurulub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində, həmin şəxsin Şəmkir rayon sakini Rəhman Bayramov olması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31