Arvadının üzünə "şram" çəkənin işi MƏHKƏMƏDƏ
10 Noyabr 2015 13:35 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinən 1988-ci il təvəllüdlü Zaur Paşayevin cinayət işi üzrə məhkəmə keçirilib. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 13-ə təyin edilib.
Qeyd edək, təqsirləndirilən şəxs əvvəllərdə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 177-ci ( oğurluq) maddəsi ilə axtarışda olub. Zaur Paşayev münaqişə zəmnində həyat yoldaşının sifətini kəsərək onun sağlamlığına ağır zərbə vurub. Zaur Paşayev Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığa ağır zərbə vurma), 177 ( oğurluq) maddəsi ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31