İran vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb

Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Lətifi Qulamrza Əmirəlidən və Cəlilabad şəhər sakini Elməddin İsbatovdan 1 kiloqram 300 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31