Aldadılaraq böyrəyi alınan qadının intihara cəhdi ilə bağlı cinayət işi başlandı

Sentyabrın 8-də paytaxtın Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda böyrəyi aldadılaraq alınan qadının intihara cəhdi ilə bağlı cinayət işi başlanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, Eleanora Cəbayılovanın intihara cəhd etməsilə bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma)maddəsilə cinayət işi başlanıb. Hazırda faktla bağlı istintaq davam etdirilir.

Hadisədən sonra Eleanora Cəbrayılova ifadəsində bildirib ki, o aldadılaraq böyrəyi alınıb. Qadın böyrəyini 50 min manata satmağa razılaşsa da, əməliyyatdan sonra ona pul verilməyib və o intihara cəhd edib.Bakı şəhər Prokurorluğundan bildiriblər ki, hələlik faktla bağlı istintaqa cəlb edilən olmayıb. İstintaqın gedişində ictimaiyyətə məlumat veriləcək.Qeyd edək ki, Eleanora Cəbrayılova ifadəsində bildirib ki, Daşkəsənin icra başçısı Əhəd Abiyevin qardaşı Sahib Abıyev onun böyrəyini 50 min manata almağı söz versə də, əməliyyatdan sonra ona pul verməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31