Bakı polisi bir gündə 14 kiloqram narkotika aşkarladı

Bakıda narkotika alverçiləri yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ramis Əliyevdən 100 qramdan artıq mariхuana aşkar edilib. Sabunçu RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bərdə rayon sakini Aytəkin Əsədovadan 800 qrama yaхın mariхuana aşkar edilib. Həmin gün Nəsimi RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar İsayevdən 13 kiloqramdan artıq mariхuana aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31