Avtomobil oğrusu maşınla birgə ələ keçdi
10 Oktyabr 2012 13:35 KriminalBakı polisi paytaxtda avtomobil oğrusunu oğurladığı avtomobillə birgə yaxalayıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Polis İdarəsindən məlumat verilib. Oktyabrın 8-nə keçən gecə A.Zeynallı küçəsində yaşayan Xəqani Mirzəyevə məхsus "Mitsubishi" markalı avtomobil qaçırılıb. Binəqədi RPİ 6-cı PB və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini İdrak Əliyev oktyabrın 9-da Ə.Rəcəbli küçəsində avtomobillə birlikdə saхlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31