Bakıda “Mercedes” divara çırpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə oktyabrın 9-u saat 22 radələrində Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində baş verib. Bakı şəhər sakini Elşən Bayramov idarə etdiyi "Mersedes" markalı avtomobili divara vurmuş və aldığı хəsarətlər nəticəsində hadisə yerində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31