Gülər Əhmədova intihara cəhd etdi

Sabiq millət vəkili psixoloji gərginlik içərisindədir

Dünən Bakı şəhər prokuroluğunda dindiriən, evində axtarış aparılan, bu gün "Səs" qəzetində ələ salınan və təhqir edilən sabiq millət vəkili Gülər Əhmədova intihara cəhd edib. Yaxınları damarlarını doğramaq istəyən Gülər Əhmədovaya güclə mane olublar. Xatırladaq ki, dünən hakim Yeni Azərbaycan Partiyasının yetkililəri Gülər Əhmədovanın havadarlarına sərt mesaj verərərk ona dəstəyi kəsməyi tələb ediblər. Millət vəkili Eldar İbrahimov G.Əhmədovanın məsuliyyətə cəlb ediləcəyini, Səyavuş Novruzov isə YAP-dan çıxarılacağını bildiriblər. Dünən sabiq deputatın rəhbərlik etdiyi Respublika Uşaq Təşlikatının bank hesabları da dondurulub. Birdən-birə bu qədər zərbəyə tab gətirə bilməyən G.Əhmədova çıxış yolunu özünə qəsddə görüb. Bəzi məlumatlara görə, Əhmədova özünəqəsd etməklə xəstəxanaya düşmək və həbsdən canını qurtarmaq istəyir. Xatırladaq ki, Elşad Abdullayev birinci videonu yayanda Gülər Əhmədova insult olması xəbərini yaymışdı. Amma bu xəbər az sonra təkzib olunmuşdu. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31