Sevgilisi qadını evində zorladı - Bakıda
8 Noyabr 2015 18:12 KriminalBakıda qadın zorlanması haqda polisə şikayət edib. musavat.com xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.Bakı sakini 1989-cu il təvəllüdlü O.İmanova (ad şərtidir) "102" qaynar xəttinə zəng edərək avqustun 17-də tanışı 1982-ci il təvəllüdlü R.Abbasov tərəfindən zorlandığını bildirib.26 yaşlı qadın deyib ki, sevgilisi onu Əhmədli qəsəbəsi Rezervuar küçəsində yerləşən evində zorlayıb.O.İmanova sevgilisi tərəfindən hədələndiyi üçün qorxusundan bu müddət ərzində polisə məlumat vermədiyini bildirib.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31