Qadının avtomobilindən oğurluq edənlər ələ keçib

Bakıda avtomobildən oğurluq etmiş şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Leyla Həsənovaya məxsus "KİA" markalı avtomobildən içərisində 300 manat, sənəd və kosmetik əşyalar olan çantanı oğurlamış Lənkəran rayon sakini Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulublar. Həmçinin Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakinləri Rövşən İbrahimova məxsus "BMW", Səttar Cavadova məxsus "Mitsubishi" və Zaur Ağayevə məxsus "Mercedes" markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə 20 manat, geyim əşyası, açar və sənəd oğurlanıb. Hadisəni törətmiş paytaxt sakini Rizvan Şamilov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31