Kafedə 2 nəfər qətlə yetirilib
6 Noyabr 2015 16:12 KriminalNoyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk edib. Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada ölüb. DİN-dən verilən məlumata görə, hadisə yerinə baxış zamanı "Makarov" markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb. Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31