Bir günün gəlini intihar etdi

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun Qiyamadınlı kəndində 1989-cu il təvəllüdlü Hüseynova Gülnarə Pərvaz qızı iplə özünü asaraq intihar edib.Əldə etdiyimiz məlumata görə 23 yaşlı qız Bakının Xəzər rayonun sakini olub və Ağcabədiyə dünən gəlin köçüb. H.Gülnarə bu gün səhər saatlarında gəlin gəldiyi evin həyətində özünü asıb.İntiharın səbəbləri hələlik məlum deyil.
Hazırda faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31