Cavid Hüseynovun həbs müddəti uzadıldı

"Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.

Bu barədə "Report"a onun vəkili Adəm Məmmədov məlumat verib.

O bildirib ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət edib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılıb.

Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs-qətimkan tədbiri seçilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31